
Avqustun 10-da Gədəbəy stansiyasından 53 kilometr cənubda - Azərbaycan-Ermənistan sərhədində, Ermənistan ərazisində zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, maqnitudası 3,9 olan zəlzələ yerli vaxtla saat 23:11-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.
Yeraltı təkanlar hiss edilməyib.