
Türkiyənin Kocaeli vilayətində, Qara dəniz sahilində üç nəfərin cəsədi aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, vilayətin Darıca rayonunda çimərlikdə dalğa əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyitini sahilə çıxarıb. Şahidlər baş vermiş hadisə barədə fövqəladə xidmətlərə məlumat veriblər, əraziyə tibb işçiləri, polis və sahil mühafizəsinin əməkdaşları cəlb olunub.
Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar eyni ailənin üzvləridir - Məhəmməd Əli Sakar (17 yaş), Gülşah Sakar (24 yaş) və Belinay Sakar (15 yaş).
Daha əvvəl itkin düşmüş kimi qeydiyyata alınan dördüncü bacı Bilgenur Sakar isə axtarış əməliyyatı nəticəsində sağ tapılıb.