
İslamabadda Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğının baş verdiyi vaxt həmin şöbədə 16 körpə olub.
Hadisənin kondisionerin kompressorunun partlaması nəticəsində baş verdiyi bildirilir.
Pakistan Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb və məsələnin araşdırılması ilə bağlı göstəriş verib.
Baş nazir məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.