Göygöldə 28 yaşlı oğlan qətlə yetirildi - RƏSMİ
Göygöl rayonunda qətl hadisəsi baş verib.
 
Senzor.az Göygöl Rayon Prokurorluğuna istinadən bildirir ki, sentyabrın 1-i saat 19 radələrində Çaylı kəndi ərazisində kənd sakini - 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov tərəfindən, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, bıçaqlanaraq qəsdən öldürülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda istintaq davam edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.