Sabirabad rayonunda kütləvi dava olub.
"Report"un məlumatına görə, dava zamanı 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Səfərxan oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona üz və baş nahiyərinin əzikləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.