ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns ilk xarici səfərini İsrailə edəcək.
Məlumatı “Walla!” portalı öz mənbələrinə istinadən yayıb.
Qeyd olunub ki, 10 avqustda baş tutacaq səfər zamanı Berns İsrailin Baş naziri Naftali Bennet, “Mossad” kəşfiyyat qurumunun rəhbəri Daxid Barnea və yəhudi dövlətinin müdafiə, kəşfiyyat ictimaiyyətinin rəsmiləri ilə görüşəcək.
Danışıqlarda İranın nüvə proqramı və Tehranın bölgədəki fəaliyyəti də müzakirə olunacaq.