"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub.
Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.
Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
**10:33(26.07.2023)
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Senzor.az bildirir ki, Ağdam klubu Polşa təmsilçisi “Rakuv”un qonağı olacaq.
Çenstoxovadakı “Miejski” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.