Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüş barədə razılaşıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya lideri bu barədə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılırdı, lakin sonradan məqsədəuyğun hesab edilməyib: “Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”.
Dövlət başçısı əlavə edib ki, Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib: “Bu nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.