Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib

Macarıstan parlamenti ölkənin Baş naziri Viktor Orbanın partiyasının mövqeyinə görə İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib.


Bu barədə Macarıstan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası boykot elan edib və müxalifətin təşkil etdiyi növbədənkənar toplantıya qatılmayıb.


Məlumatda deyilir ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir.


Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə bu ölkələrdən PKK/YPG təşkilatlarının terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləmişdi.


Finlandiyanın NATO Alyansına qəbulu ilə bağlı rəsmi mərasim bu il aprelin 4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.