Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.
Senzor.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.
R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.
**16:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşüb.