Elçin Əmirbəyov: İsraillə münasibətlərimiz inkişaf xətti üzrə davam edəcək

“İsraillə Azərbaycan arasında münasibətlər heç zaman olmadığı şəkildə ən yüksək həddə çatıb və yalnız inkişaf xətti üzrə davam etməsi gözlənilir”.

 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Jewish News Syndicate” (JNS) telekanalına müsahibəsində deyib.

 

“Bu gün biz ikitərəfli münasibətlərimizin zirvəsindəyik, bu dostluğu və əməkdaşlığı dərinləşdirmək və genişləndirmək niyyətimizdə də qəti şəkildə qərarlıyıq”, - deyə Elçin Əmirbəyov bildirib.

 

“Gördükləriniz aysberqin üzdə olan hissəsidir”, - deyə o qeyd edib.

 

Elçin Əmirbəyov həm Azərbaycanın yerli yəhudi, həm də İsraildəki Azərbaycan icmasına dostluq əlaqələrinə görə təşəkkür edib.

 

Bu gün Azərbaycanda 25-30 minə yaxın yəhudi yaşayır, onminlərlə yəhudi isə ölkəmizdən İsrailə mühacirət edib, lakin sıx əlaqələri davam etdirirlər.

 

“Yəhudi icması ölkələrimizi birləşdirən və əlaqələri möhkəmləndirən “canlı körpü”dür. Yəhudilər həmişə cəmiyyətimizin bir hissəsi, cəmiyyətə inteqrasiya etmiş dinamik icma olub”, - deyə E.Əmirbəyov əlavə edib.

  

Onun sözlərinə görə, bu səbəbdən də təsadüfi deyil ki, Azərbaycanda heç vaxt hər hansı bir antisemitizm hadisəsi olmayıb.

 

E.Əmirbəyov qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında, eləcə də investisiyaların artırılmasında İsrail biznesinin daha fəal iştirakına ümid edir.

 

“Biz istəyirik ki, İsrail biznesi Azərbaycanda daha fəal şəkildə təmsil olunsun”, - deyə o bildirib.

 

Azərbaycanın, Türkiyə ilə olduğu kimi, İsraillə yaxşı münasibətləri də nümunə olaraq göstərilə bilər. Beləliklə, Azərbaycan, həmçinin, İsraillə Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində də çalışır.

 

“Onlar arasında münasibətlərin yaxşılaşmasının bərpası ilə bağlı indiyə qədər heç bir iş görülməsəydi, buna çox təəccüblənərdim”, - deyə Elçin Əmirbəyov vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.