Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı - 1962-ci il təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.