Rusiya XİN Paşinyana cavab verib
Ermənistan hakimiyyətini ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya Sülhməramlı Kontingenti (RSK) barədə açıqlamalarına münasibət bildirib.


APA xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir.


Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı arqumentlər tamamilə anlaşılmazdır.


“Ermənistan Baş naziri bunu istəyir? Hamıya bəllidir ki, sülhməramlılar mühüm funksiyalar yerinə yetirir. Ermənistan rəhbərliyi həqiqətən onların fəaliyyətini gərəksiz hesab edir? Onlar Rusiya sülhməramlılarını arzuolunmaz hesab edir və getmələrini istəyir? Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir, lakin mən istərdim ki, bu məsələdə qeyri-müəyyənlik olmasın. Hər şeyi şübhə altına salmaq xeyli sayda suallar doğurur. Ümumiyyətlə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Rusiyanın kifayət qədər səy göstərməməsi ilə bağlı irəli sürülən istənilən iddialar ikiqat yersiz görünür”, - o qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.