Kiyev yaxınlığındakı hava məkanında düşmənin gecə hücumu zamanı bütün hava hədəfləri - 15 “Şahed” tipli kamikadze dronu məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.
O deyib ki, Kiyevə hazırkı PUA hücumu ardıcıl səkkizincidir və dünən gecə olduğu kimi, kütləvi xarakter daşıyıb.
Dağıntılar və tələfatla bağlı məlumat yoxdur.
“Yeri gəlmişkən, paytaxtda sonuncu hava həyəcan siqnalı düz 3 saat çəkib. Bu, Kiyev üçün genişmiqyaslı işğalın başlanğıcından bəri 820-ci idi”, - deyə Popko vurğulayıb.