Rusiya müharibənin başlanğıcından indiyədək Ukrayna ərazisinə 1 961 ədəd İran istehsalı olan “Şahid” dronları buraxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
Onun sözlərinə görə, dronların əhəmiyyətli hissəsi HHM tərəfindən məhv edilir: “Təəssüf ki, hamısı yox. Biz daha çox vurmaq işləyirik. Maksimum vurmaq üçün daha çox HHM sistemi lazımdır, bu istiqamətdə işləyirik”.
Prezident Ukrayna səfirlərinə ölkədə HHM sistemlərinin artırılması üçün səy göstərməyi tapşırıb.
“Hər kəs qələbə üçün, həyatı və insanları qorumaq, gözəl Ukraynamızı qorumaq üçün çalışmalıdır! Biz mütləq qalib gələcəyik”, - o vurğulayıb.