Suriya sərhədindən qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edən 6 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik sərhəddən qanunsuz keçmək istəyən 6 nəfərdən 4-nün PKK terror təşkilatının üzvü olduğunu bildirib.