Ermənistanda dağ-mədən sənayesi işlərində beynəlxalq norma və standartlar pozulur
QHT sədri

Ermənistan Respublikasında aparılan dağ-mədən sənayesi işlərinin qeyri-şəffaf və hesabatlı olduğu, istifadə olunan avadanlıqların müəyyən standartlara cavab vermədiyi, o cümlədən aparılan işlərin icra prosesində beynəlxalq norma və standartları pozması ilə bağlı ciddi faktlar aşkar etmişik.


Bu açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Ermənistan Respublikasının dağ-mədən sənayesində apardığı işlər nəticəsində çaylarımız çirklənir, su hövzələrinə ciddi ziyan dəyir: “Biz bu məqsədlə bir müddət əvvəl beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün vətəndaş cəmiyyətinin nümayəndələri olaraq bir neçə bəyanat da yayımlamışıq. O cümlədən 67 nəfər xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə imzalanmış bəyanatda həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə çağırış etmişdik. Bu istiqamətdə güclərimizi birləşdirmək və daha sistemli şəkildə fəaliyyət göstərmək üçün koalisiya yaratmışıq. Koalisiyanın yaradılmasında məqsəd ilkin olaraq ətraf mühitin qiymətləndirilməsidir”.


Pərvanə Vəliyeva deyib ki, artıq koalisiyanın fəaliyyət planı hazırdır:


“Birinci məqsədimiz Ermənistan Respublikasının dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətinə cəlb edilmiş xarici şirkətləri, investisiya qoyan xarici təşkilatları məsləhətli davranmağa cəlb etməkdir. Onlardan tələbimiz ətraf mühitin qiymətləndirilməsi üzrə hazırlanmış sənədləri ictimaiyyətə açıq elan etmələri və öz veb saytlarında həmin məlumatları təfərrüatlı bir şəkildə yerləşdirmələridir. Biz də analiz edək və görək ki, bütün norma və standartlar gözlənilir, yoxsa yox. Çünki biz icra prosesində görürük ki, su hövzələri ciddi şəkildə çirkləndirilir və bu istiqamətdə heç bir tədbir görülmür. Bu baxımdan biz düşünürük ki, koalisiyamızın fəaliyyəti uğurlu olacaq və fəaliyyətimiz barədə də ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”.


Qeyd edək ki, Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatları koalisiya yaratmaqları barədə bəyanat veriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.