Ermənistanda əsir saxlanılan əsgərlərimiz analarına zəng etdilər
VİDEO

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.

 

Modern.az bildirir ki, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

 

Telefon danışığı zamanı A.Bəbirov yaxşı olduğunu deyib.

“Hər şey qaydasındadır. Gələcəyəm. Ana, sən ağlasan, mən burada narahat oluram. Mən yaxşıyam, narahat olmayın”, - deyə əsir hərbçimiz bildirib.

 

Azərbaycan Ordusunun Ermənistanda əsir saxlanılan digər əsgəri Hüseyn Axundov da ailəsi ilə əlaqə saxlayıb.

 

Bu barədə əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib. 

 

“Bu gün oğlumla danışdım. Şükür, yaxşıdır oğlum. Yaraları yoxdur, sağalıb. Amma arıqlayıb. Telefon danışığını Qırmızı Xaç Komitəsi təşkil etmişdi. Hüseyn yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu dedi”, - deyə hazırda xəstəxanada müalicə alan Ş.Axundova söyləyib. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.