“Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub”
XİN rəsmisi

“Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 150 sənəd imzalanıb”.


Senzor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəis müavini Zamin Əliyev Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı Dəyirmi masada deyib.


Onun sözlərinə görə, hazırda ölkələr həm də ticarət dövriyyəsini artırmağa çalışırlar: “Müharibədən sonra yeni reallıqlar formalaşıb, biz Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mövqeyini və dəstəyini yüksək qiymətləndiririk”.


O əlavə edib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub: “Belə ki, Füzulidə 940 uşağın təhsil alacağı məktəb inşa ediləcək”.


Z.Əliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə imkanlar yaradacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.