İrəvandan gələn etirazçılar Azərbaycanla sərhəddə... - ERMƏNİLƏRDƏN NÖVBƏTİ TƏXRİBAT
YENİLƏNİB, VİDEO

“Xaçakir” erməni hərəkatının fəalları iyulun 26-dan Ermənistandan “humanitar yardım daşıyan” yük maşınlarının olduğu yerə - Kornidzora çatıblar. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu fəalların lideri Sarkis Poqosyan deyib və əlavə edib ki, buraya 150 nəfər toplaşıb.

 

“Burada vəziyyət sakitdir. Bir az dincəlib, sülhməramlılarla danışıqlara başlayacağıq. Nəticəsi olmasa, biz yolu güclə açmalı olacağıq, lakin bu, ən ekstremal variantdır”, - Poqosyan vurğulayıb.

 

Xatırladaq ki, ötən gün “Xaçakir” erməni hərəkatının fəalları və onların tərəfdarları İrəvanın mərkəzində etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Azərbaycanla müharibə üçün silah istəyiblər. "İntihar dəstəsi Azərbaycana qarşı döyüşməyə və bir neçə yol açmağa hazırdır, təki bizi silahlandırsınlar", - deyə onlar bəyan ediblər. Polis onun bəzi iştirakçılarını saxlayıb. Erməni KİV-lərinin və teleqram-kanallarının məlumatına görə, etiraz aksiyası iştirakçıları mikroavtobuslarla Kornidzora - Azərbaycanla sərhədə doğru yollanıblar.

 

Rusiyayönlü erməni bloger Mikayel Badalyan da bu gün səhər öz teleqram kanalında bildirib ki, “Etirazçılar... indi Kornidzorda... Ermənistan keçid məntəqəsindədirlər. Bir qrup xüsusi korpusun komandiri Armen Gezalyanla görüşmək üçün Gorusa gedib. Biz ən yaxın vaxtda onların olduğu istiqamətdə irəliyə gedəcəyik...”.


**00:31



Son məlumata görə, İrəvanda etirazçılar mikroavtobuslarda Yerablur hərbi panteonuna doğru yola düşüblər. 

 

Onlar dha sonra Kornidzor tərəfə gedəcəklərini bildiriblər.



**21:34(08.08.2023)


İrəvanda Laçın yolu ilə bağlı aksiya başlayıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Laçın yolunu güc yolu ilə açmağı tələb edənlər İrəvan polisi tərəfindən həbs edilib.

 

Məlumata görə, aksiya iştirakçıları Azərbaycanla müharibə üçün silah da istəyiblər.

 

Polis Kornidzorda Azərbaycanın mövqelərinə güc tətbiq etmək tələbi ilə toplaşan aksiyaçıları dağıdıb.

 

Bu arada Rusiyayönlü erməni bloger Mikayel Badalyan yazıb ki, “Respublika” meydanında keçirilən aksiyanın təşkilatçıları növbəti addımları müzakirə edirlər: İrəvanda qalıb etiraz aksiyasını burada davam etdirsinlər, yoxsa Kornidzora getsinlər.

 

O, iddia edib ki, uşaqların çoxu... əmr gözləyirlər, əksəriyyəti polisin davranışından son dərəcə hiddətlənib və hərəkətə keçməyə hazırdır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.