Rusiyanın paytaxtı Moskvaya dronlarla növbəti hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı özünün “Telegram” kanalında Moskvanın meri Sergey Sobyanin paylaşıb.
“İki pilotsuz uçuş aparatı şəhər üzərində uçmağa cəhd göstərib. Hər iki dron Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hələ ki dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur”, - Moskvanın meri bildirib.
Eyni zamanda, Rusiyanın “Telegram” kanallarında Minsk şosesi tərəfdə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dron aparatının zərərsizləşdirildiyi anın görüntüləri yayımlanıb.