Türkiyə, Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq qurulur.
Bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, pakistanlı rəsmilərlə Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan KAAN milli döyüş təyyarəsi proqramı ilə bağlı görüş keçiriləcək.
Bundan əlavə, iki ölkə arasındakı əməkdaşlığa yüksək texnologiyalı gizli döyüş təyyarələrinin dizaynı və istehsalı da daxildir.
Xatırladaq ki, 27 iyul 2023-cü il tarixində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Turkish Aerospace” (TUSAŞ) şirkəti arasında KAAN layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə TUSAŞ-ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün imzalayıblar.
Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.(Trend)