"Azərbaycanın əsas adamı" ilə türk yük maşını sürücüsü arasında məhkəmə çəkişməsi...
İŞƏ ƏRDOĞAN QARIŞDI

2018-ci ildən Türkiyənin Trabzon şəhərində tikinti materiallarının satışı ilə məşğul olan şirkətdə işləyən yük maşını sürücüsü Hacı Öztürk Azərbaycana mal daşınmasına görə  pulunu ala bilmir.

 

Senzor.az bildirir ki, Haqqin.az saytının yaydığı materialda belə deyilir. 

 

Qeyd olunur ki, yükün çatdırıldığı “IL” MMC-nin sahibi İlqar Orucov malları gömrükdən sürücüyə pul ödəmədən götürmək istəyib. O vaxtdan Öztürkün yük maşını Bakı müvəqqəti saxlama anbarındadır və tərəflər arasında məhkəmə mübahisəsi gedir. 

 

Sürücü Türkiyə mediasına başına gələnlər barədə ətraflı məlumat verib: “Mən yükü İstanbuldan Bakıya 2018-ci ilin sentyabrında gətirmişəm və o vaxtdan bəri davamlı olaraq məhkəmədə ifadə verməyə məcbur olmuşam. “İL” MMC-nin direktoru İlqar Orucov müqavilə əsasında ödəməli olduğu nəqliyyat xərclərini ödəməkdən imtina edib”.

 

Öztürk Orucovun ona ünvanladığı sözləri sitat da gətirib: “Mən Azərbaycanda əsas adamam və istədiyim kimi edəcəm. Əgər pulunuzu almaq istəyirsinizsə, məhkəməyə müraciət edin”.

 

Azərbaycan gömrükçüləri isə türkün sənədlərini alaraq avtomobili yüklə birlikdə dayanacağa aparıblar.

 

"Mən dəfələrlə şikayət etdim, amma nəticəsi olmadı. Düzdür, gömrük işçiləri məni sakitləşdirdilər ki, şirkət nümayəndələri tezliklə gəlib yükü götürəcəklər. Ancaq bu baş vermədi; üstəlik, mənə Azərbaycandan çıxmağa icazə verilmədi. Atamın dəfnində belə, iştirak edə bilmədim. Məni saxta sənədlər əsasında məhkəməyə verdilər. Sənədlərin saxta olduğunu sübut edə bildim və hakim iddiaçı tərəfdən sübut tələb etdi. Yekunda məhkəmə iddianı əsassız olduğu üçün rədd etdi", - deyə Öztürk sonradan başına gələnləri danışarkən bildirib. 

                                                     Başıbəlalı türk yük maşını

Lakin “İL” MMC aşağı məhkəmə instansiyasının qərarından apellyasiya şikayəti verib. Sonra koronavirus pandemiyası başlayıb, daha sonra Qarabağda müharibə və...  işlər dalana dirənib. Nəhayət, yuxarı məhkəmə instansiyası onu dinləyərək aşağı məhkəməyə göndərib. Bu dəfə aşağı məhkəmə “İL” MMC-nin xeyrinə qərar çıxarıb. Belədə Öztürk Ali Məhkəməyə müraciət edib, oradan iş yeni məhkəmə baxışı üçün aşağı məhkəmə instansiyasına göndərilib... 

 

Hacı Öztürk Türkiyə Xarici İşlər Nazirliyinə, ölkəsinin Bakıdakı səfirliyinə və digər qurumlara da çoxsaylı şikayətlər göndərib.

 

Sürücünün sözlərinə görə, Türkiyənin Bakıdakı səfirliyinin gömrük müşaviri Eser Çengel onun haqqında Azərbaycan Xarici İşlər Nazirliyinə bilə-bilə yalan məlumat verib. Diplomat bildirib ki, guya sürücü azərbaycanlı iş adamından əlavə pul tələb edib, həmçinin guya məhkəmə prosesinin başa çatdığı barədə məlumat verib.

 

Nəhayət, Hacı Öztürk Türkiyədə keçirilən son seçkilərdə səs vermək, həmçinin “hakimiyyət nümayəndələri ilə görüşüb məsələni onların diqqətinə çatdırmaq üçün” Bakını tərk edərək Trabzona qayıdıb. O, Trabzonda seçki mitinqində şikayətini şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana çatdıra bilib. İndi Öztürk öz ölkəsinin hakimiyyət orqanlarının reaksiyasını gözləyir.

 

Haqqin.az-ın əməkdaşı Elyas Şəfiyev internetdə “İL” MMC haqda kifayət qədər məlumat tapa bilməyib. Yalnız onu öyrənə bilib ki, şirkət 2007-ci ildə qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 manat, qanuni nümayəndəsi isə İlqar Orucovdur. 

 

Bir də o məlum olub ki, 2022-ci ildə bu şirkət Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin keçirdiyi tenderin qalibi olub. Tenderin nəticələrinə görə, şirkət bu xidməti təxminən 6 milyon manatlıq inventarla təmin etməli imiş...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.