Tanınmış rusiyalı ictimai xadim, politoloq, jurnalist və teleaparıcı Maksim Şevçenko azərbaycanlılara videomüraciət edib.
O bildirib ki, oktyabrın 6-da Bakıda, Heydər Əliyev Sarayında hər kəsin yolunu gözləyir.
Görüşdə Maksim Şevçenko dahi Azərbaycan və Rusiya mütəfəkkiri, politoloq, yazıçı, filosof və şair Heydər Camal haqqında söhbətlər edəcək. Onun düşüncələrindən, Azərbaycana, Rusiyaya və Qafqaza siyasi baxışlarından danışacaq, şeirlərini oxuyacaq. Həmçinin, görüş vaxtı tamaşaçıların suallarını da cavablandırmaq, canlı diskussiya nəzərdə tutulub.
Qeyd edək ki, Maksim Şevçenko 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyib, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəməyib.
İctimai xadimlə görüş üçün biletləri Heydər Əliyev Sarayının kassalarından, həmçinin iTicket.az saytından əldə edə bilərsiniz: