Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu barədə AEBA-nın Baş direktoru "Twitter"də bildirib.
"AEBA ilə əməkdaşlıq və nüvə elmi ilə Azərbaycan pambıq istehsalını nəzərəçarpacaq dərəcədə üç dəfə artırıb. Qoşulmama Hərəkatının qlobal hədəflərə çatmasında "Ümid Şüaları" kimi təşəbbüsləri ilə bu hərəkata sədrlik edən Azərbaycanla işləməyə davam edəcəyik. Dəstəyinə görə Azərbaycan XİN-i təşəkkür edirik", - o qeyd edib.