Erməni təxribatı davam edir... - MÖVQELƏRİMİZ BU DƏFƏ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏN ATƏŞƏ TUTULDU
YENİLƏNİB

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları   istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.


**20:23 (20.03.2025)


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

 

Senzor.az bildirir ki, Müdafiə Nazirliyinin (MN) yaydığı növbəti məlumatda belə deyilir. 

 

Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.


**10:18


Azərbaycan Ordusunun mövqeləri yenə atəşə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

**20:36 (19.03.2025)


Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.


**09:14


Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

 

"Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub", – hərbi qurumun məlumatında qeyd olunub. 

 

Xatırladaq ki, ötən gün Ermənistan ordusunun bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.