Kobaxidze Paşinyanla regiondakı vəziyyəti müzakirə etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda erməni həmkarı Nikol Paşinyanla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətindən məlumat verilib. 

 

Qeyd olunub ki, görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında səmərəli əməkdaşlıq və qonşuluq münasibətlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq gündəliyində duran əsas məsələlərə, o cümlədən ticari-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib.

 

Söhbət zamanı regiondakı çağırışlara, Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə də toxunulub.

 

İrakli Kobaxidze qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatması regionda uzunmüddətli sabitliyə nail olmaq üçün tarixi bir addımdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.