Zelenski Xarkovda: Hərbi Kabinetin iclasını keçirdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski martın 22-də Xarkova da səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkə hesabında V.Zelenski özü məlumat yayıb.

 

Zelenski Xarkovda Hərbi Kabinetin iclasını keçirib.

 

İclasda Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski, müdafiə naziri Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak ediblər.

 

Toplantıda cəbhədəki vəziyyət və Səudiyyə Ərəbistanında ABŞ-la görüşə hazırlıq müzakirə edilib.

 

“Biz cəbhədəki vəziyyəti, Zaporojye, Donetsk, Xarkov, Sum və Kursk vilayətində əməliyyatın gedişini müzakirə etdik. Sabah (bu gün – red.) Səudiyyə Ərəbistanında baş tutacaq Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşünə də hazırlaşmışıq”, - deyə Ukrayna Prezidenti bildirib.

 

Xatırladaq ki, V.Zelenski martın 22-də həm də Donetskdə olub. Səfər zamanı “Pokrovsk” taktiki qrupunun komanda məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı pilotsuz bölmələrini birləşdirən “Dron xətti”nin komandirləri ilə görüş keçirilib.

 

Zelenski Pokrovski istiqamətinin müdafiəsi, əməliyyat şəraiti, tapşırıqların icrası haqqında məruzə dinləyib və bir sıra hərbçiləri təltif edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.