Bu gün Millətlər Liqasının B Divizionuna vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununda Gürcüstan millisi Ermənistan ylğması ilə qarşılaşıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tbilisidəki “Dinamo Arena”da keçirilən matçda gürcülər 6:1 hesablı qələbə qazanıblar.
Amma oyun təkcə bununla yox, həm də erməni və gürcü azarkeşlər arasında qalmaqalla yadda qalıb. Belə ki, oyun başa çatdıqdan sonra erməni azarkeşlər meydana əşyalar tullayıb, gürcü azarkeşlər isə əşyaları sahiblərinə “qaytarıblar”.
Qeyd edək ki, mərhələnin ilk görüşü də Gürcüstan yığmasının 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.