Türkiyəli bloqer Oğün Özdemirin İrəvanda lentə aldığı videoları paylaşması ilə bağlı Ermənistanda cinayət işi açılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan deyib.
Amma A.Abazyan ətraflı məlumat verməyib, o, jurnalistlərə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.
Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli bloqer Ogün Özdemir İrəvandakı Respublika meydanından canlı yayımda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib və tarixi Azərbaycan torpağında olduğunu bildirib.