ABŞ-da Prezident Donald Trampın siyasətinə qarşı böyük nümayişlər başlayıb.
Bu barədə "ABC News" məlumat yayıb.
Ölkəboyu minlərlə insan küçələrə çıxıb. Aksiyada həmkarlar ittifaqları, ekoloqlar, Fələstin tərəfdarları və insan hüquqları fəalları iştirak ediblər.
Nümayişçilər Trampın tariflərinə etiraz edirlər. Aksiyalar başlamazdan əvvəl Ağ Evin keçmiş rəhbəri Barak Obama və ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris dövlət başçısının siyasəti barədə mənfi fikirlər səsləndiriblər.