Ərdoğan CHP sədri Özəli məhkəməyə verdi: 500 MİN TƏZMİNAT TƏLƏB EDİLDİ
VİDEO/FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında paylaşım edib.

 

Məlumata görə, Özgür Özəlin 21-ci Fövqəladə Qurultay zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ifadələrindən sonra bununla bağlı tədbir görülüb.

 

Hüseyn Aydın bildirib ki, Ankara Asliye Hüquq Məhkəməsində Özəl haqqında 500 min Türkiyə lirəsi (22 min manatdan çox) dəyərində mənəvi təzminatın ödənilməsinə dair məhkəmə iddiası qaldırılıb.

 

Hüseyn Aydının sözlərinə görə, həmçinin Prezidentin təhqir edilməsi ittihamı üzrə Ankara Respublika Baş Prokurorluğunda cinayət işinin açılmasına dair müraciət edilib.

 

Qeyd edək ki, Özgür Özəlin Ərdoğana ünvanladığı "Türkiyəni seçkilərdən, rəqiblərindən və millətdən qorxan bir xunta idarə edir" sözləri qarşı tərəfin kəskin etirazına və tənqidlərinə səbəb olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.