Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Rusiya XİN-də olub

Aprelin 8-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytı xəbər yayıb.

 

Tərəflər 2022-ci il fevralın 22-də iki dövlətin rəhbərləri tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında münasibətlərin mütərəqqi şəkildə möhkəmləndirilməsi üzrə gələcək fəal birgə işə qarşılıqlı qərarlığı təsdiqləyiblər.

 

Bundan başqa, siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri nəzərdən keçirilib. Respublikada Rusiyanın mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə xüsusi diqqət ayrılıb.

 

Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqaməti üzrə birgə işin vacibliyi qeyd edilib.

 

Görüş iki ölkə arasında münasibətlər üçün ənənəvi olan səmimi və dostluq şəraitində keçib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.