Ukrayna ordusu Çindən olan 2 hərbçini girov götürdü: ZELENSKİDƏN TƏCİLİ AÇIQLAMA – ABŞ-dan REAKSİYA
VİDEO/FOTO

"Çin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyir".

 

Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə KİV nümayəndələri ilə görüşdə deyib.

 

"Çin Rusiyanın Ukraynaya zorla girməsini hərbi cəhətdən dəstəkləyən bir ölkədir. Bu, İrandan və Şimali Koreya hərbçilərindən sonra növbəti ölkədir. Amma fərq var: şimali koreyalılar Kursk istiqamətində bizə qarşı vuruşublar, çinlilər isə Ukrayna ərazisində vuruşurlar", - deyə o vurğulayıb.

 

Xatırladaq ki, V.Zelenski bu gün Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində iki Çin vətəndaşının əsir götürüldüyünü bəyan edib.

 

Ardından Ukrayna XİN Çin vətəndaşlarının müharibədə Rusiya tərəfində iştirakı səbəbindən bu ölkənin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

 

Bu arada ABŞ Dövlət Departamenti Çin əsgərlərinin Ukraynada əsir düşməsi ilə bağlı məlumatı şərh edib.

 

"The Independent" xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Temmi Bryus mətbuat konfransında danışıb. 

“Çin əsgərlərinin əsir düşməsi bizi narahat edir. Bizə, Ukraynanın Rusiyanın tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürdüyü barədə məlumat daxil olub. Çin, Ukraynada baş verən müharibədə Rusiyanın əsas müttəfiqidir”, - Bryus qeyd edib.

 

Onun sözlərinə görə, Çin Rusiyanın müharibəni davam etdirmək üçün ehtiyac duyduğu ikili təyinatlı maddələrin təxminən 80 faizini təmin edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.