Antalya Diplomatik Forumu iştirakçılarının siyahısında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanın da adları var.
Ermənistan Xarici İşlər Nazirliyi Ararat Mirzoyan ilə Ruben Rubinyanın tədbirdə iştirakını təsdiqləyib. Forum 11-13 aprel aralığında baş tutacaq.
"İşgüzar səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulur", - məlumatda bildirilir.
Qeyd edək ki, Mirzoyan və Rubinyan ötənilki foruma da qoşulmuşdular.