ABŞ Konqresinin Nümayəndələr Palatasında bir qrup demokrat İlon Maskın Prezident Donald Trampın Administrasiyasından kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib.
Bu barədə “Axios” məlumat yayıb.
“Administrasiyanızdan dərhal ictimaiyyətə açıqlama tələb edirik”, - 77 demokrat məktubunda bildirib.
Məktubda qeyd olunub ki, onlar mayın 30-dək Maskın istefaya getdiyini və bütün qərar qəbuletmə səlahiyyətlərini qanunla nəzərdə tutulmuş qaydada təhvil verdiyi sənədi görmək istəyirlər.
Vurğulanıb ki, Mask öz şirkətlərindən – “Tesla” və “SpeysX”dən əl çəkməyənə qədər əvvəlki mövqeyə qayıda bilməz.
Qeyd edək ki, qanuna görə, ABŞ Hökumətinin Effektivliyi Departamentinə başçılıq edən Mask 130 gündən çox vəzifə tuta bilməz.