Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Senzor.az xatırladır ki, İlham Əliyev IV Antalya Diplomatik Forumunda (ADF2025) iştirak etmək üçün Türkiyədədir.
Yerli KİV-in yazdığına görə, Türkiyə və Azərbaycan liderləri arasında Antalyadakı görüş bağlı qapılar arxasında keçirilib.
Qeyd edək ki, ADF2025 aprelin 11-dən 13-dək keçiriləcək və dünya liderlərini “Diplomatiyanın parçalanmış dünyaya qaytarılması” mövzusu altında bir araya gətirəcək.