Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Sankt-Peterburqda keçirilən görüş başa çatıb.
Senzor.az bildirir ki, Putinin Uitkoffla danışıqları Prezident Kitabxanasında təxminən dörd saat yarım davam edib.
Protokol çəkilişindən sonra Putin və Uitkoff qapalı formatda danışıqlara başlayıblar. Kremlin sözçüsü Dmitri Peskov əsas müzakirə mövzusunun Ukrayna böhranının nizamlanmasının olacağını bildirib. Peskovun sözlərinə görə, görüşdən sonra Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tuta bilər. Belə bir danışığın olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.