Türkiyə və Rusiya xarici işlər nazirləri Antalya Diplomatik Forumunda görüşüblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı Türkiyə-Rusiya münasibətləri qiymətləndirilib.
Nazirlər həmçinin enerji sahəsində əməkdaşlığı, Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı məsələləri və Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərini müzakirə ediblər.
Görüşdə Suriyadakı mövcud hadisələr və Qəzzada son vəziyyət də dəyərləndirilib.