Tramp Ukraynanın Sumı şəhərinə hücumdan danışdı:
RUSİYANI QINAMADI

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Sumıya hücumunu qəribə şəkildə şərh edib.

 

O, xeyli sayda mülki şəxsin ölümü ilə nəticələnən hücumu ətraflı şərh etmək istəməyib. Siyasətçi qeyd edib ki, ona Rusiyanın “səhv etdiyini” deyiblər.

 

"Şəxsən mən belə düşünürəm ki, bu dəhşətli idi. Mənə dedilər ki, onlar (Rusiya-red.) səhv ediblər. Amma bir daha deyirəm ki, mən bunun dəhşətli bir şey olduğunu düşünürəm", - o, jurnalistlərə deyib.

 

Jurnalistlər Trampdan Rusiyanın “səhv” etdiyini deyərkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmasını istəyiblər. Ağ Ev rəhbəri belə cavab verib: “Düşünürəm ki, bu baş verib. Bura baxın, siz bunu onlardan soruşun”.

 

CNN-nin yaydığı məlumata görə, Tramp "onlar" deyəndə konkret kimdən danışdığını açıqlamayıb.

 

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Sumıya hücumu şərh etmişdi. O ölkəsinin Sumıya dəhşətli raket hücumu nəticəsində həlak olanların ayxınlarına dərin hüznlə başsağlığı verdiyini deyib.

 

Xatırladaq ki, dünən səhər saatlarında Rusiya ordusu içərisində kaset mərmiləri olan raketlərlə Sumının mərkəzinə zərbələr endirib. Son məlumatlara görə, hücumda ikisi uşaq olmaqla 34 nəfər həlak olub. Yüzdən çox insan yaralanıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.