Türkiyənin Konya, İstanbul, Qocaəli, Hatay, Qaziantep, Manisa, Qəhrəmanmaraş, Kayseri və Ankara şəhərlərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
Əməliyyat Türkiyənin Respublika Baş Prokurorluğunun həbs qərarı əsasında həyata keçirilib. Konya Əyalət Təhlükəsizlik İdarəsinin rəhbərliyi ilə aparılan əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrindəki gizli hərbi strukturda adları hallanan 20 şübhəli yaxalanıb.
Hazırda digər şübhəlilərin saxlanılmaları, habelə ələ keçirilənlərin dindirilmələri üzrə işlər aparılır.