İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.

 

Senzor.az bildirir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edilib.

 

Dövlət başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini deyib.

 

Görüşdə ölkənin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunulub və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulanıb.

 

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edilib. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirilib və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulanıb. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.