Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun yas mərasimində iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasim Alanyada baş tutub.
Ceyhun Bayramov sabiq həmkarına başsağlığı verib.
Qeyd edək ki, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu iki gün öncə 93 yaşında vəfat edib. Onun vəfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də M.Çavuşoğluna başsağlığı vermişdi.