"Pasxa atəşkəsi" elan edilsə də, Ukrayna səmasında Rusiyanın hücum pilotsuz təyyarələri hələ də müşahidə olunur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Hazırda Ukraynada hava hücumu xəbərdarlığı yayılır. Saat 17:15-də səmamızda Rusiyanın hücum pilotsuz təyyarələri aşkar edilib", - Ukrayna lideri qeyd edib.
O, izah edib ki, indi Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyası işlək vəziyyətə gətirilib.
“Bizim səmadakı “Şahedlər” Putinin Pasxa bayramına və insanların həyatına əsl yanaşmasıdır”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Putin daha əvvəl "Pasxa atəşkəsi" adlanan barışıq rejiminin tətbiq ediləcəyini açıqlamışdı. Onun əmrinə əsasən, aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək Rusiya bütün hərbi əməliyyatları dayandırmalıdır.