Bu gün Ermənistan parlamentinin iclasında hakim partiyanın deputatları ilə müxalifətçilər arasında əlbəyaxa dava olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, münaqişə parlamentin sədri Alen Simonyanın “Ermənistan” müxalifət fraksiyasında daxili fikir ixtilafının olması barədə bəyanatından sonra alovlanıb. Bu fraksiyadan olan deputat Qarnik Danielyan etiraz etməyə çalışıb və bu, şifahi mübahisəyə səbəb olub.
Mübahisəyə hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri müdaxilə edib və vəziyyət deputatlar Vahe Alumyan və Qeqam Manukyan arasında qışqırşmaya və fiziki toqquşmaya çevrilib.
Asayişi bərpa etmək üçün zala dövlət mühafizə xidmətinin əməkdaşları çağırılıb və Alen Simonyan iclasda 20 dəqiqəlik fasilə elan edib.