İrandan Azərbaycana yenə PUA ilə narkotik atdılar
BU DƏFƏ 53 kq-dan ÇOX

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İrandan Azərbaycan istiqamətində keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Senzor.az-a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib. 

 

Qeyd olunub ki, sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib.

 

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "54-BK-650" dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıblar.

 

Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub. 

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.