Rusiya xüsusi xidmət orqanları "Crocus City Hall"da terror aktının törədilməsində iştirakına görə 45 nəfəri aşkar edib və saxlayıb.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya ərazisində, ilk növbədə Şimali Qafqazda gizli dəstələr və məxfi bandalar yaratmağa çalışan beynəlxalq terror təşkilatları tərəfindən təhdidlər qalmaqdadır: "Qərb ölkələrinin Rusiyanı onun geosiyasi maraqları olan regionlarda, ilk növbədə Mərkəzi və Cənubi Asiyada, Cənubi Qafqazda, Dnestryanıda, Yaxın Şərqdə və Afrika qitəsində cilovlamaq üçün terror qruplaşmalarından istifadə etmək riskləri hələ də yüksəkdir".