Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda
FOTO

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib.

 

Senzor.az bildirir ki, bu barədə sabiq spikerin qızı Xanım Quliyeva Facebook hesabında məlumat yayıb.

 

O bildirib ki, səfərin ilk günü Ümummilli lider Heydər Əliyevin, həyat yoldaşı Zərifə Əliyevanın, digər dövlət xadimləri və ziyalıların məzarlarını ziyarət ediblər.

 

Eks-spikerin qızı ardınca Şəhidlər xiyabanına gedərək şəhidlərin xatirəsini yad etdiklərini vurğulayıb.

 

“Bizim paytaxtımız dünyanın öndə olan paytaxt şəhərlərindən heç də geri qalmır. Başda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürümüzü bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq”, – Xanım Quliyeva əlavə edib.

 

Xatırladaq ki, 1993–1996-cı illərdə Azərbaycan parlamentinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.