İrlandiyalılardan İsrailə etiraz - RƏQİB OYUNÇULARLA GÖRÜŞMƏDİLƏR
VİDEO

UEFA Millətlər Liqasının 2-ci turunun İsrail - İrlandiya oyununda qonaq komandanın futbolçuları nominal meydan sahibləri ilə görüşməkdən imtina ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Macarıstanın Debretsen şəhərində keçirilən qarşılaşmada himnlər oxunduqdan sonra irlandiyalılar israilli oyunçularla görüşməyiblər. 

 

Bundan başqa onlar İsrail himni səslənərkən başlarını aşağı əyiblər. Həmçinin oyuna qollarında qara sarğı çıxıblar. 

 

Hətta matçdan əvvəl irlandiyalılar oyuna çıxmamaq barədə də federasiya ilə müzakirə aparıblar. 

 

Qapıçı Qevin Bazunu isə bu oyunda iştirakdan imtina edib. Bütün bunlara səbəb isə Qəzzada baş verən hadisələrdir: "Qeyd etmək vacibdir ki, mənim mövqeyim İsrail xalqına və ya yəhudi icmasına qarşı deyil, bölgədəki vəhşiliklərə qarşı yönəlib".

 

Qeyd edək ki, matç İrlandiyanın 3:0 hesablı qələbəsi ilə bitib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.