Kadırovun tənqid etdiyi generala türk respublikasında YÜKSƏK VƏZİFƏ VERİLDİ

Rusiyanın “Mərkəz” və “Şimal” qoşun qruplarının keçmiş komandanı, Çeçenistan rəhbəri Ramzan Kadırrov tərəfindən dəfələrlə tənqid olunan general-polkovnik Aleksandr Lapin Tatarıstan Respublikası Baş nazirinin müavini təyin edilib.

 

“Teleqraf” xəbər verir ki, Rusiya regionunun rəisi Rüstəm Minnixanov Dövlət Şurasına illik müraciəti zamanı təyinatı elan edib.

 

Minnixanov bildirib ki, general Tatarıstanda yeni vəzifəsində “xüsusi hərbi əməliyyat” (Ukraynadakı müharibənin - red.) iştirakçılarına dəstək məsələlərinə kuratorluq edəcək. Tatarıstan hökumətinin tərkibində bu məqsədlə ayrıca bölmə yaradılıb.

 

Bu təyinata qədər Tatarıstan Baş nazirinin doqquz müavini var idi, Lapin onuncu olub.

 

Kadırov həmişə Lapinin cəbhədə qəbul etdiyi qərarlara şübhə edib. Məsələn, Çeçenistan lideri 2022-ci ilin oktyabrında generalı qoşunları Liman şəhərindən çıxarılmasında ittiham edib. Kadırov iddia edib ki, bu istiqamətin müdafiəsinə rəhbərlik edən Lapin sərhədlərdə Luqanskdan səfərbər edilmiş şəxsi heyəti yerləşdirib və onları rabitə vasitələri və kifayət qədər sursatla təmin etməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.